Modern.az

Azərbaycanlı Ermənistanda qadınla uşağı xilas etdi - VİDEO

Azərbaycanlı Ermənistanda qadınla uşağı xilas etdi - VİDEO

Aktual

17 Fevral 2026, 10:12

Ermənistanda çəkdiyi videolarla diqqətləri üzərinə çəkən əslən Qərbi Azərbaycandan olan Rövşən Əhmədov humanist davranışı ilə gündəm olub.

Modern.az xəbər verir ki, həmyerlimiz Ermənistanda olarkən qardaşı ilə birlikdə qarlı havada çətin vəziyətə düşən erməni qadına və uşağına kömək edib.

Belə ki, həmyerlilərimiz qarlı hava şəraitində yoldan çıxmış maşını ərazidən çıxartmaqla onun içərisindəki qadın və uşağa yardım edirlər. 

Xarırladaq ki, Rövşən Əhmədov bundan əvvəl İrəvanın mərkəzindən və Gümrüdən paylaşımlar edib. O, əslən Ermənistanın Amasiya rayonunun Öksüz kəndindəndir və 1980-ci illərin sonunda etnik təmizləmələr zamanı doğma yurdunu tərk edib. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar