Modern.az

Gəncədə dəm qazından zəhərlənənlərin son durumu açıqlandı

Gəncədə dəm qazından zəhərlənənlərin son durumu açıqlandı

Aktual

17 Fevral 2026, 10:46

Gəncədə şəhərində yanğın hadisəsi baş verib. Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb.

Yanğın zamanı 2004-cü il təvəllüdü G.Nəbiyeva, 1989-cu il təvəllüdlü N.Mövsümov tüstüdən zəhərləniblər.

Modern.az hadisəylə əlaqədar olaraq TƏBİB-ə sorğu ünvanlayıb. 

Sorğumuza cavab olaraq qurumdan bildirilib ki, iki nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Məlumata görə, dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib. 

Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar