Modern.az

Azərbaycan Serbiyaya böyük sərmayə qoymağa hazırdır

Azərbaycan Serbiyaya böyük sərmayə qoymağa hazırdır

Aktual

17 Fevral 2026, 12:43

“Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakı ənənəvi xarakter alıb. Biz davamlı olaraq cənab Prezidentin bu konfransda iştirak etdiyinin şahidiyik. Eyni zamanda Prezident burada Azərbaycanın mövqeyini çatdırır. Qarabağla, Ermənistanla bağlı çox mühüm mesajlar verir”.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakını şərh edərkən bildirib.

O deyib ki, Münxen Təhlükəsizlik Konfransı dünyada davamlı olaraq müxtəlif müzakirələrin aparıldığı çox önəmli platformalardan biridir.

“Platformanın bu mənada olduqca böyük önəmi, əhəmiyyəti var. Əvvəl də cənab Prezident bu platformada iştirak etmişdi, Azərbaycanın mövqeyini çatdırmışdı və o mənada biz bu məsələnin xüsusi əhəmiyyət daşıdığını qeyd etməliyik.
Bu, Azərbaycanın mövqeyinin dünya birliyinə çatdırılması istiqamətində, Azərbaycanın qarşısındakı hədəflər, əlaqələr, TRIPP layihəsi və digər məsələlərlə bağlı çox mühüm müzakirələrin aparıldığı bir platformadır. Orada keçirilən görüşlər çox xüsusi əhəmiyyətə malikdir. Həqiqətlərin, mövqeyin çatdırılması, qarşıda duran, dünyamızı narahat edən məsələlərlə bağlı Prezidentin addımlarının, qərarlarının açıqlanması, dünya ictimaiyyətinə çatdırılması, mövqeyimizin möhkəmlənməsi baxımından olduqca vacib və önəmlidir”, - deputat qeyd edib.

C.Məmmədov xatırladıb ki, iclasda bir çox məsələlər müzakirə edilib.

“Görüşlərinün məqsədi gələcəkdə həm siyasi, həm iqtisadi, həm də energetika sahəsində əlaqələrimizin gücləndirilməsi, cənab Prezidentin də söylədiyi kimi “daha irəliyə baxaraq çox güclü bir sinergiya yaratmaqdır”.

Bildiyimiz kimi, bir müddət bundan əvvəl Azərbaycan Serbiyaya təbii qazın ixracına başladı. Bu gün cənab Prezident bu ixracın həcmini artırılması barədə qərar verdi. Qeyd etmək lazımdır ki, energetika sahəsində bizim əlaqələrimiz çoxşaxəli formatda inkişaf edir. Serbiyada elektrik stansiyasının yaradılması prosesi orada mövcud olan investisiya - sərmayə imkanlarına söykənir. Serbiyada müsbət investiya iqlimi mövcuddur və bu da onu deməyə əsas verir ki, Serbiya xarici investorlar üçün maraqlıdır. O cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır”, - deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar