Modern.az

Bakıdakı yanğında bir qadın xəsarət alıb - TƏBİB-dən açıqlama

Bakıdakı yanğında bir qadın xəsarət alıb - TƏBİB-dən açıqlama

Aktual

17 Fevral 2026, 13:05

17.02.2026-cı il tarixində 11:47 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Səbail rayonu, L.Tolstoy 7 küçəsində yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb. Məlumata görə, çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub.

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında bildirilib. 

Qeyd edilib ki, təcili tibbi yardım briqadası tərəfindən 63 yaşlı (qadın) bədənin müxtəlif nahiyələrinin II-III dərəcəli termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar