Modern.az

Rüstəm Xəlilov Marışlı kəndində səyyar görüş keçirib

Rüstəm Xəlilov Marışlı kəndində səyyar görüş keçirib

Aktual

17 Fevral 2026, 19:45

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin həlli ilə bağlı göstərişinə uyğun olaraq Salyan rayonunda sakinlər üçün fevral ayı üzrə növbəti səyyar qəbul keçirilib.

Modern.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Marışlı kənd sakinləri ilə səyyar qəbul keçirib. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin və kənd sakinlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlar, dövlət-vətəndaş münasibətindən, ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən qayğıdan, respublikamızda və rayonda aparılan quruculuq işlərindən söhbət açılıb, sakinləri narahat edən məsələlər dinlənilib.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Moskvaya hücum - Rusiyada ard-arda partlayışlar