2026-cı ilin ilk Günəş tutulması başa çatıb.
Modern.az xəbər verir ki, halqalı tutulma əsasən Antarktida və Cənub yarımkürəsinin digər bölgələrindən müşahidə olunub.
Bakı vaxtı ilə saat 13:56-da başlayan tutulma 18:27-də sona çatıb.
Növbəti Günəş tutulması avqustun 12-də olacaq və bu dəfə tam tutulma şəklində baş verəcək. (Indianexpress.com)