Şirvan şəhərində xarici vətəndaşların adı "Qırmızı kitab"a düşən quşları ovladıqları bildirilir.
Modern.az xəbər verir ki, bu barədə məlumat və görüntülər sosial şəbəkələrdə yayılıb.
İddialara görə, ov edən şəxslər Suriya vətəndaşlarıdır. Bildirilir ki, onlar Şirvanda yerləşən hotellərin birində qızılquşlarına yem məqsədilə təbiətdən tutulmuş bəzgək quşlarını saxlayırlar.
Mövzuya cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib ki, bu iddia qurumun əməkdaşları tərəfindən yerində araşdırılıb:
"17 fevral 2026-ci il tarixində səhər saatlarında sözügedən hotelin ərazisinə keçirilən baxış zamanı ovlanmış bəzgək quşlarına rast gəlinməyib. Lakin qeyd olunan görüntülərin nə zaman çəkilməsi və qanun pozucularının kimliyinin müəyyən edilməsi ilə bağlı araşdırmalar davam etdirilir". (Oxu.Az)