Bakının Səbayıl rayonu, Badamdar şosesi adlanan ərazidə torpaq qatı yenidən sürüşüb.
Modern.az xəbər verir ki, buradakı yolda əvvəllər iki dəfə sürüşmə baş verib.
Sakinlər deyirlər ki, ərazidə yaşayış zonasının olması təhlükəni artırır.
Avtomobillə ərazidən mütəmadi keçən şəxslər bildirirlər ki, əvvəlki illərdəki böyük sürüşmə zamanı yol bağlanmışdı. Yenidən belə hadisənin baş verməməsi üçün işlər görülməlidir.
Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Lakin zənglərə cavab verilmədi.
Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, quruma sürüşmə ilə bağlı heç bir müraciət daxil olmayıb. (Xəzər TV)