Modern.az

Şəkinin 32 kəndinin qazı KƏSİLƏCƏK

Şəkinin 32 kəndinin qazı KƏSİLƏCƏK

Aktual

18 Fevral 2026, 09:18

Bu gün saat 11:00-dan etibarən Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Modern.az Zaqatala Regional Qaz İstismar İdarəsinə istinadən bildirir ki, bu gün saat 11:00-dan etibarən işlərə başlanılacaq və təmir işləri yekunlaşanadək qaz təchizatı müvəqqəti dayandırılacaq.

Qaz İxrac İdarəsi tərəfindən rayonun Cəfərabad kəndi ərazisindəki QPS-də ölçü kameralarının baypas xətləri üzərinə əlavə kran və flansların quraşdırılması nəzərdə tutulur.

Bildirilib ki, dayandırılma Şəki şəhəri və 32 kəndi əhatə edəcək, ümumilikdə 32 525 əhali və 546 qeyri-əhali abonentinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Həmçinin bu gün Şəki şəhərindəki Ə.Əliyev küçəsində – “Kaskad” MMC-nin qarşısından keçən diametri 76 mm və 57 mm olan qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən F.Əbdürəhmanov və B.Vahabzadə küçələrində 442 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.

İşlər başa çatdıqdan sonra qazın verilişi mərhələli şəkildə bərpa olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada dəhşətli partlayış - ÖLƏNLƏR VAR