Modern.az

Dubaydan Moskvaya uçan Azərbaycan vətəndaşı hava limanında saxlanıldı

Dubaydan Moskvaya uçan Azərbaycan vətəndaşı hava limanında saxlanıldı

Aktual

18 Fevral 2026, 13:30

Dubaydan Moskvaya uçan 33 yaşlı Azərbaycan vətəndaşı Vnukovo hava limanında saxlanılıb.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı özü ilə 18,5 milyon rubl dəyərində brilyantlarla bəzədilmiş platin və qızıl ərintili beş ədəd üzük gətirdiyinə görə saxlanılıb.

Üzüklər gömrükdə yoxlama zamanı aşkar edilib.

Qeyd edilib ki, zərgərlik əşyaları müsadirə edilib və azərbaycanlı qadın hazırda qaçaqmalçılıqda ittiham olunur. Onu beş ilə qədər həbs və ya bir milyon rubla qədər cərimə gözləyir. (APA)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranla Rusiya birləşdi - ABŞ-yə hücum hazırlığı başladı