Modern.az

On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI

On şagirdin zəhərləndiyi məktəb bufeti BAĞLANDI

Aktual

18 Fevral 2026, 18:59

Göygöldə 10 şagirdin zəhərləndiyi məktəbin bufeti bağlanıb.

Modern.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Qeyd olunub ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

"Satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb. Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - deyə məlumatda vurğulanıb. (Oxu.Az)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı