Modern.az

Şüvəlanda işıq KƏSİLƏCƏK

Şüvəlanda işıq KƏSİLƏCƏK

Aktual

19 Fevral 2026, 09:48

Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Modern.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 12:30-dək Şüvəlan qəsəbəsi Heydər Əliyev prospekti, Gülçülük Sovxozu yaşayış massivi və Şüvəlan-Qala yolu yaxınlığında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı