Modern.az

DİQQƏT: Siqaret tüstüsü, dodaq boyası orucu pozur!

DİQQƏT: Siqaret tüstüsü, dodaq boyası orucu pozur!

Aktual

19 Fevral 2026, 12:30

Bu gün “Hicri-Qəməri” tarixi ilə Ramazan ayının birinci günüdür. İslam dünyasında müsəlman təqvimi üzrə əksər vaxtlarda oruc tutmaq məqbul sayılsa da Ramazan ayı məhz oruc tutmaq üçün müəyyən edilib.  

Pirallahı rayonu Pirallahı məscidinin İmamı Mübariz Rəhimov Modern.az-a açıqlamasında bildirib ki, hər bir ibadətdə önəmli olan niyyətdir. Niyyətin özü isə "Qürbətən illallah" yəni Allaha yaxınlaşmaq olmalıdır:

“Bəzi insanlar arıqlamaq üçün oruc tuturlar. Bilmirlər ki, Ramazan ayının orucu vacibi bir orucdur. Bu hal şəriətdə icazəli deyil hətta batildır. Əvvəl qeyd etmək lazımdır ki, icazə verilməyən istənilən hal bilərəkdən edilərsə,  oruc pozulur. Qorunduğun halda, özündən asılı olmayaraq edərsənsə, ibadət batil olmur”.

İlahiyyatçı qeyd edib ki, bir sıra hallar var ki, cəmiyyətdə tərəddüd yaradır. Oruc ibadətinə necə təsir etməsi barədə fikir ayrılığı formalaşır:

"Qadınların kosmetika vasitələrindən istifadəsi barədə suallar yaranır. Qeyd etmək istəyirəm ki, qadınların üz boyalarından istifadəsi, həmçinin bəzək əşyalarından istifadə etməsi orucu pozmur. Amma dodağa çəkilən boyaya diş, dil ilə təmas, onu dadmaq, udmaq kimi hallar ibadəti pozar. Bu o demək deyil ki, qadın bundan birmənalı şəkildə istifadə edə bilər. Bu, fərqli bir mövzudur”.

Mübariz Rəhimov bildirib ki, istənilən tüstünün bədənə qəbulu orucu pozur:

"İstər siqaret çəkmək, istərsə də çəkənin yanında dayanıb tüstüsünü udmaq olmaz. Həmçinin digər bütün tüstülər, məsələn, yanan odun tüstüsü, avtomobil mühərriki tüstüsü və s. olmaz. Buxar, par olan yerlərdə də ehtiyatlı olmaq azımdır. Buxarın sıx olması boğazda yaşlanma yarada bilər. Bu səbəbdən olmaz. Həmçinin, yuyunan zaman belə otaqlardan istifadə də məqbul deyil".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara növbəti HÜCUM - Kreml niyə quduzlaşır?