Modern.az

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

Namaz qılmayan şəxs oruc tuta bilərmi?

Aktual

19 Fevral 2026, 10:38

Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Digər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da oruc tutan və tutmayanlar var. Oruc tutanlar arasında da namaz qılanlarla yanaşı, namaz qılmayanlar da var.

Bəs namaz qılmayan şəxs oruc tuta bilərmi?

Modern.az-ın məlumatına görə, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov suala belkə cavab verib:

“Zaman-zaman İslam dünyasında, xüsusilə də Azərbaycanda ən çox müzakirə olunan və sual verilən mövzulardan biri də namaz qılmayan şəxsin oruc tutması ilə bağlıdır.

Təəssüf ki, cəmiyyət olaraq biz özümüzdən daha çox başqalarının əməllərini təftiş etməyə meylliyik.

Heç şübhəsiz ki, İslam müsəlmanlara bütün ibadətləri yerinə yetirməyi tövsiyə edib. Bu baxımdan oruc tutan şəxsin namaz qılmaqla yanaşı, digər ibadətləri də yerinə yetirməsi daha doğrudur. Çünki dinimizdə hər iki ibadəti yerinə yetirmək vacibdir.

Ancaq namaz və oruc ayrı-ayrı ibadətlər olduğuna görə, namaz qılmayan şəxsin oruc tutmasında heç bir qəbahət yoxdur. Onu da unutmayaq ki, bəlkə də, bu il oruc tutan şəxs növbəti günlərdə namaz qılmağa da başlayacaq.

Ona görə gəlin, daha çox başqalarının deyil, özümüzün əməllərini təftiş edək. O dünyada biz başqalarının deyil, öz əməllərimiz barədə sorğu-sual olunacağıq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putinlə Zelenski görüşü - Şərtlər açıqlandı