Ucar rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Modern.az xəbər verir ki, hadisə günorta saatlarında Bakı–Qazax avtomobil yolunun rayonun Müsüslü kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, yolun 217-ci kilometrliyində eyni istiqamətdə hərəkətdə olan minik, yük və mikroavtobus markalı nəqliyyat vasitələri toqquşub. Toqquşmadan sonra minik avtomobili yoldan çıxaraq çökəyə düşüb.
Qəza nəticəsində 6 nəfər Ucar rayon sakinləri - 1975-ci il təvəllüdlü Səidə Mirzalı qızı Baxşəliyeva, 1966-cı il təvəllüdlü Zalikə Mirzalı qızı Salikova, 1973-cü il təvəllüdlü Vəfa Qarapaşa qızı Baxşəliyeva, 1985-ci il təvəllüdlü Şərqiyə Vidadi qızı Rəhimova, 1952-ci il təvəllüdlü Aruza Mustafakamal qızı Məmmədova və 1967-ci il təvəllüdlü Şəfaqət Mirzalı qızı Rəhimova xəsarət alıblar. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.(AzərTac)
