Modern.az

Gəncə Dövlət Universitetinin tabeliyinə verilmiş elmi müəssisələrin əməkdaşları ilə görüş - FOTO

Gəncə Dövlət Universitetinin tabeliyinə verilmiş elmi müəssisələrin əməkdaşları ilə görüş - FOTO

Aktual

19 Fevral 2026, 13:40

Azərbaycan Respublikası Prezidentinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Aqrar Problemlər İnstitutunun, eləcə də Nəbatat Bağının Gəncə Dövlət Univesitetinin tabeliyinə verilməsi barədə 04 aprel 2025-ci il tarixli 545 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq  Qərarının yerinə yetirilməsinə dair Gəncə Dövlət Universiteti üzrə müvafiq Komissiya yaradılıb.

Modern.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun tapşırığı əsasında yuxarıda qeyd olunan komissiyanın iştirakı ilə 17 fevral 2026-cı il tarixdə universitetin tabeliyinə verilmiş 4 elmi müəssisənin əməkdaşları ilə görüş təşkil olunub.

Keçirilən görüşün məqsədi cari fəaliyyət vəziyyətinin obyektiv qiymətləndirilməsi, elm, tədris və innovasiya pontensialının universitetlə uyğunlaşdırılması, idarəetmə, maliyyə və insan resurslarının səmərəli inteqrasiyasının təmin edilməsi olub.  

Komissiyanın sədri, Gəncə Dövlət Universitetinin Elm və İnnovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxışında bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılmasına dair Prezidentimizin Sərəncamı GDU-nun elmi əlaqələrini daha da gücləndirəcək və elmin inkişafına önəmli töhfələrini verəcəkdir.

Görüşdə komissiyanın sədri Pərvin Kərimzadə, sədr müavini, GDU-nun İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, komissiyanın üzvləri – Baş hüquqşünas Günay Şirinova, Doktorantura şöbəsinin müdiri Maqsud Vəliyev, İnsan resursları şöbəsinin müdiri Gülcöhrə Tağıyeva, Baş mühasibin müavini Rəvan Əzizov  və Aqrar Problemlər İnstitunun direktoru Sədaqət Adıgözəlova çıxış edərək regionlarda elmin inkişafı, gənc alimlərin hazırlanması, magistr və doktorantların institutlarda birbaşa tədqiqat aparması üçün daha əlverişli mühitin formalaşdırılmasından, eləcə də elm–təhsil inteqrasiyasının gücləndirilməsindən bəhs ediblər, görüş iştirakçılarını maraqlandıran suallara ətraflı cavab veriblər.

Daha sonra GDU-nun tabeliyinə verilmiş 4 elmi müəssisənin fəaliyyət qaydalarının Universitet Nizamnaməsinə uyğunlaşdırılmasının təmin edilməsi, birgə fəaliyyət, hesabatlılıq, elmi məhsuldarlıq, idarəetmə, maliyyə və insan resurslarının səmərəli inteqrasiyasının təmin edilməsi, kadr potensialının qiymətləndirilməsi və digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı