Modern.az

İsmayıllıda bir neçə əməkdaş işdən çıxarılıb 

İsmayıllıda bir neçə əməkdaş işdən çıxarılıb 

Aktual

19 Fevral 2026, 20:15

İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışan bir neçə əməkdaş işdən azad edilib.

Modern.az xəbər verir ki, həmin şəxslər onlara işdən çıxarılmaları ilə bağlı hər hansı əsaslı və qanuni izahat verilmədiyin iddia edirlər.

Uzun illər idarədə müxtəlif vəzifələrdə çalışanlar çarəsiz qalıblar. Bəzilərinin pensiya yaşına çatmasına bir neçə il qalıb. Onlar işdən azad edilsələr də, müqavilələrin uzadılmamasının səbəbini bilmirlər.

Məsələ ilə bağlı İsmayıllı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən bildirildi ki, həmin şəxslərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən - müqavilə müddətinin başa çatması ilə əlaqədar xitam verilib. Eyni əsasla, 3 aylıq müddətli əmək müqaviləsi ilə çalışan şəxslərlə də əmək münasibətlərinə son qoyulub.

Qurumdan qeyd edilib ki, bütün hallarda əmək münasibətlərinə xitam verilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilib. (Xəzər TV)

Sizə yeni x var
Keçid et
İranla Rusiya hərəkətə keçdi - Dəhşətli hücum hazırlığı başladı