Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bütün qəsəbə və kəndlərini əhatə edən aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların işçiləri, eləcə də rayon sakinləri könüllü iştirak ediblər.
Modern.az xəbər verid ki, aksiyada rayonun bütün yaşayış məntəqələrində ümumilikdə 5000 ədəd olmaqla, xan çinarı, daş palıdı, eldar şamı, alyandr və digər həmişəyaşıl kollar əkilib. Yeni əkilən tinglər suvarılıb, ərazidəki mövcud ağacların dibi yumşaldılaraq onlara aqrotexniki qaydada qulluq göstərilib. Eyni zamanda, qəbiristanlıqlarda və küçələrdə təmizlik işləri aparılıb.
Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq işləri il boyu davam etdiriləcəkdir.