Modern.az

Bakıda zərgərlik mağazasından oğurluq edildi - VİDEO

Bakıda zərgərlik mağazasından oğurluq edildi - VİDEO

Aktual

20 Fevral 2026, 11:30

Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Modern.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb. 

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Prezidentin qaldığı hotelə hücum - Təxribat cəhdi