Modern.az

Şəhid Qurban Göyüşov Ağdamda dəfn olundu - FOTOLARI

Şəhid Qurban Göyüşov Ağdamda dəfn olundu - FOTOLARI

Aktual

20 Fevral 2026, 13:56

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Göyüşov Qurban Ramazan oğlunun nəşinin qalıqları Ağdam rayonunda dəfn olunub.

Modern.az xəbər verir ki, Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında keçirilən vida mərasimində rayon sakinləri, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra Qurban Göyüşovun nəşinin qalıqları torpağa tapşırılıb. Dəfn zamanı hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Mərasim iştirakçıları şəhidin ruhuna dualar oxuyub, məzarının üzərinə əklil, gül dəstələri düzüblər. Tabuta bükülmüş Azərbaycanın üçrəngli bayrağı şəhidin qardaşına təqdim edilib.

Qeyd edək ki, Göyüşov Qurban Ramazan oğlu 1974-cü ildə Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı özünümüdafiə batalyonunun tərkibində döyüşən Q.Göyüşov 1992-ci il martın 12-də Sırxavənd kəndi istiqamətlərində ermənilərin hücumunun qarşısının alınması zamanı pusquya düşərək yaralanıb. Atası onu yaralı halda döyüş meydanından çıxarmağa çalışsa da, erməni silahlıları intensiv atəş açaraq buna mane olub. Göyüşov Qurbanın nəşinin qalıqları elə həmin ərazidə aşkar edilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?