Modern.az

Bərdədə bir gündə ikinci şəhid torpağa tapşırıldı - FOTO

Bərdədə bir gündə ikinci şəhid torpağa tapşırıldı - FOTO

Aktual

20 Fevral 2026, 14:36

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 ildən sonra kimliyi müəyyən edilən Vəliyev Hidayət İsa oğlu Bərdə rayonunda torpağa tapşırılıb.

Modern.az xəbər verir ki, şəhidlə vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər.

Cənazə namazından sonra Hidayət Vəliyev Zümürxan kənd qəbiristanlığında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil və gül dəstələri qoyulub.

Qeyd edilib ki, Hidayət Vəliyev 1971-ci ildə Bərdə rayonunun Zümürxan kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Vətənimizin müdafiəsində iştirak edən H.Vəliyev 1994-cü il fevralında Kəlbəcər rayonunun Murovdağ silsiləsində itkin düşüb.

Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

***

32 il əvvəl – Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan Hacıyev Qılman Surxay oğlu Bərdə rayonunda dəfn edilib.

Modern.az xəbər verir ki, Bərdə rayonunun Kələntərli kəndində rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Bərdə Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhidlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları kənd qəbirstanlığında dəfn edilib, ruhuna dualar oxunub.

Qeyd edək ki, 1972-ci ildə Bərdə rayonunun Kələntərli kəndində anadan olan Q.Hacıyev Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. O, 1994-cü il fevralında Kəlbəcər rayonunun Yanşaq kəndində itkin düşmüşdü.

Uzun illər itkin hesab olunan hərbçimizin nəşinin qalıqları müvafiq ekspertiza və eyniləşdirmə prosedurlarından sonra müəyyən edilərək ailəsinə təhvil verilib.

 

***

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?