Naxçıvan Baş Gömrük İdarəsitərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda psixotrop maddə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
İdarədən Modern.az-a verilən məlumata görə, narkotik vasitə "Sədərək" gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə gedən nəqliyyat vasitəsində aşkar olunub.
"X-ray" stasionar rentgen qurğusunda aparılan baxış zamanı nəqliyyat vasitəsinə aid qoşquda yerləşdirilmiş akkumulyatorda şübhəli cizgilər müşahidə edildiyindən əsaslı gömrük yoxlaması həyata keçirilib.
Yoxlama zamanı akkumulyatorun içərisinə malların aşkarlanmasını çətinləşdirən üsulla yerləşdirilmiş 6 ədəd sellofan paketdə ümumilikdə təmiz çəkisi 5 kiloqram 254,397 qram olan xüsusilə külli miqdarda psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı aradırma aparılır.