Modern.az

"ASAN xidmət indeksi" üzrə 511 xidmət qiymətləndirilib

"ASAN xidmət indeksi" üzrə 511 xidmət qiymətləndirilib

Aktual

23 Fevral 2026, 11:24

Keçən il "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə vasitəsilə 511 xidmət qiymətləndirilib.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN xidmət indeksi" üzrə qiymətləndirmə və "ASAN müraciət" informasiya sisteminin fəaliyyətinin illik nəticələrinə dair tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hesabat ili ərzində qiymətləndirilən xidmətlərə mərkəzi, yerli icra hakimiyyəti orqanları, dövlətin hüquqi şəxsləri və Naxçıvanda fəaliyyət göstərən dövlət orqanlarının xidmətləri aiddir:

"İndiyədək 99 qurum "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunub. 37 mərkəzi icra hakimiyyəti orqanının 215 xidməti, 85 yerli icra hakimiyyəti orqanının 253 xidməti və 15 hüquqi şəxsin və digər büdcə təşkilatlarının 43 xidməti daxil olmaqla, ümumilikdə, 511 xidmət qiymətləndirilib. Qeyd olunan 511 xidmətin 103 xidməti məhz Naxçıvan Muxtar Respublikasının 26 dövlət orqanına aiddir".

Ü.Mehdiyev əlavə edib ki, "ASAN müraciət" informasiya sisteminə inteqrasiya olunan qurumlardan 77 yerli icra hakimiyyətidir:

"Bu günədək "ASAN müraciət" mobil tətbiqinin istifadəçi sayı 80 mini keçib və sistemə 17 mindən çox müraciət daxil olub".

Whatsapp
Bizə yazın!
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...