Modern.az

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı

Dövlət qulluğuna qəbul imtahanına qeydiyyat başladı

Aktual

23 Fevral 2026, 14:25

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 5-də BB vəzifə qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

DİM-dən Modern.az-a bildirilib ki, imtahan vermək istəyən namizədin Mərkəzin portalında “Şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından istifadə etmək mümkündür. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq xidmət vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

BB vəzifə qrupu üzrə test imtahanı 5 aprel saat 10:00-da elektron formada keçiriləcək. Test imtahanında iştirak etmək üçün qeydiyyat martın 13-ü saat 18:00-dək aparılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı