Modern.az

Bu gün Novruzun ilk çərşənbəsidir

Bu gün Novruzun ilk çərşənbəsidir

Aktual

24 Fevral 2026, 00:10

Bu gün Novruzun ilk çərşənbəsidir.

Modern.az xəbər verir ki, fevral ayının 24-ü ilin ilk çərşənbəsi - Su çərşənbəsi qeyd olunur.

İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona "əzəli çərşənbə", "gül çərşənbə" də deyirlər.

Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar onun su kimi şəffaf və gözəl keçməsini arzulaya bilərlər. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Bu gün Novruzun ilk çərşənbəsidir

Qeyd edək ki, bu il Od çərşənbəsi martın 3-də qeyd ediləcək. Martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edir.

Yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-də Azərbaycana daxil olacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı