Modern.az

Elçibəyin Şeyxə ittihamı - İllər sonra bu çıxış niyə gündəmə gəldi...

Aktual

24 Fevral 2026, 16:16

Sosial mediada sabiq millət vəkili Etibar Əliyev müzakirə doğuran paylaşım edib. O, keçmişə ekskurs edərək Azərbaycan siyasi tarixinin ən həssas məqamlarından birini yenidən gündəmə gətirib. Paylaşım mərhum prezident Əbülfəz Elçibəyin vaxtilə səsləndirdiyi fikirlərlə bağlıdır. Həmin fikirlər isə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Allahşükür Paşazadə ilə polemika kontekstində səsləndirilib.

Etibar Əliyevin statusunda Elçibəyin çıxışı belə təqdim olunub.

“Mənim Şeyxə dediyim sözlərə görə camaat inciyir. Deyirlər ki, Şeyx ilə nə işin var. Mən başa düşmürəm, şeyx cənabları, Əlikram Hümbətovun yanında oturanda, Əlikram Hümbətov və onun adamları deyəndə türklər haradan çıxıb, bu Azərbayan nə türküdür. Biz azərbaycanlıyıq bu türklüyü hardan gətirdilər bura. Onlar rədd olsunlar burdan. Onu deyəndə şeyx həzrətləri sən orada oturmuşdun və sakit baxırdın, hətta başını yırğalıyırdın.

Onu qoyaq qırağa, Şeyx həzrətləri, sənə nə düşmüşdü, bir ay bundan əvvəl qəzetə böyük bir müsahibə veribsən ki, türklər başqadır, biz başqayıq, qardaş olsaq da ciblərimiz ayrıdır. Onlar öz xeyirlərinə çalışırlar. Sən şeyxsən, sən şər deyirsən. Sən deyirsən ki, burda türklərin tikdiyi məsciddə Atatürkün şəkli var. Mən adam göndədim ora, gəlib dedilər ki, orda heç vaxt Atatürkün şəkli olmayıb. Sən yalan danışırsan…

Bu şəri sən niyə deyirsən. Bu şəri ona görə deyirsən ki, məsciddə Xomeyninin şəkli olmaz, sən onu çıxartamaq əvəzinə, və o, mütləq çıxardılmalıdır, fikri yönəldirsən o tərəfə ki, məsələ getsin, türk məscidinə, Atatürkün üstünə.

Sənin məqsədin nədir əzizim. Nə istirsən bu millətdən..”.

Bu sitatın dili sərtdir. Aydın olur ki, mübahisənin mərkəzində milli kimlik və dini təsir məsələsi dayanır. Elçibəy dini liderin bəzi açıqlamalarını milli maraqlara uyğun hesab etməyib. Xüsusilə Türkiyə və Atatürk mövzusu ətrafında səslənən iddialar ciddi narazılıq doğurub.

Digər tərəfdən, o zaman da regionda İran amili həssas mövzu olub. Müstəqilliyin ilk illərində Azərbaycan müxtəlif geosiyasi təsirlərlə üz-üzə idi. Dövlətin strateji kursu hələ tam formalaşmamışdı. Bu baxımdan dini institutların mövqeyi də siyasi diskussiyaların mərkəzinə düşürdü.

Etibar Əliyevin illər sonra bu çıxışı yenidən gündəmə gətirməsi təsadüfidirmi?

Elçibəyin ritorikası sərt olsa da, onun mesajı aydındır: milli maraq məsələsində kompromis olmamalıdır. O, hesab edirdi ki, dini platformadan siyasi və geosiyasi manipulyasiyalara yol verilməməlidir.

Sosial mediada paylaşılan bir status geniş ictimai müzakirəyə səbəb ola biləcək məzmun daşıyır.

 

Sizə yeni x var
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?