Modern.az

Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub

Həkimdən 3 pasiyent şikayət edir: Qulağı kəsib, üzüm iflic olub

Aktual

24 Fevral 2026, 23:51

Qulağının yarısı kəsilib, üzü iflic olub, kəllə-beyin travması alıb və artıq beş aydır şiddətli ağrılardan əziyyət çəkir.

Modern.az xəbər verir ki, uğursuz estetik əməliyyatın qurbanı olduğunu iddia edən Gülnarə Həmidova bildirib ki, "TikTok" sosial platformasında qarşısına çıxan "Beauty Derm" Estetik Mərkəzinə və özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət edib. Üzgərmə əməliyyatı üçün getdiyi klinikadan evinə iflic vəziyyətində qayıtdığını iddia edir.

Onun sözlərinə görə, əməliyyat üçün "Beauty Derm" Estetik Mərkəzinə 2 min manat ödəyib. İlk estetik müdaxilədən sonra evə qayıdarkən səhhəti qəfil pisləşib. Evdə yıxılaraq huşunu itirdiyini deyən Gülnarə Həmidova Esmira İbrahimovaya zəng etdiyini, lakin telefon zənglərinə cavab verilmədiyini bildirib.

Əfsanə Yaqubova və Fərqanə Xasməmmədova da iddia edirlər ki, dodaqlarına vurulmuş süni gelin çıxarılması üçün özünü plastik-estetik cərrah kimi təqdim edən Esmira İbrahimovaya müraciət ediblər. Onların sözlərinə görə, əməliyyatdan sonra hər iki pasiyentin dodaq nahiyəsində əyilmə yaranıb, tikiş izləri isə ciddi çapıq qoyub. (Xəzər TV)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?