Modern.az

Azərbaycandan qardaş ölkəyə BAŞSAĞLIĞI

Azərbaycandan qardaş ölkəyə BAŞSAĞLIĞI

Aktual

Bu gün, 08:42

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

Modern.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.

Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm.

"Allah rəhmət eləsin!"

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada PROSES BAŞLADI! - Azərbaycanlılar vətəndaşlıqdan çıxarılır - Xəbəriniz Var?