Modern.az

Leysan yağışlar 30 nəfərin ölümünə səbəb olub

Leysan yağışlar 30 nəfərin ölümünə səbəb olub

Aktual

Bu gün, 13:00

Braziliyanın Minas-Jerays ştatında leysan yağışlar nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Modern.az xəbər verir ki, CNN-nin məlumatına görə, daha 39 nəfər itkin düşüb.

Leysan yağışlar ştatda daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Ən çox ziyan Juiz de Fora və Uba şəhərlərinə dəyib. Təxminən 440 nəfər evsiz qalıb. Uçmuş binaların dağıntıları altından 13 sakin xilas edilib.

Ümumilikdə isə 208 yaralı xilas edilib və onlara lazımi tibbi yardım göstərilib.

Braziliya vitse-prezidenti Geraldo Alcminin əvvəllər bildirdiyi kimi, ölkə hakimiyyəti qurbanları axtarmaq və onlara yardım göstərmək üçün helikopterlər və hərbi texnika da daxil olmaqla silahlı qüvvələr cəlb edib.

Evsiz sakinlər ilkin olaraq 800 Braziliya realı (təxminən 155 dollar) məbləğində maliyyə yardımı alacaqlar. Vəsaitlər yerli hakimiyyət orqanları tərəfindən yatacaq, geyim və qida almaq üçün istifadə olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!