Modern.az

Ruhani Xameneini devirmək istəyib? - Eks-prezidentdən sərt REAKSİYA

Ruhani Xameneini devirmək istəyib? - Eks-prezidentdən sərt REAKSİYA

Aktual

Bu gün, 15:40

İranın keçmiş prezidenti Həsən Ruhaninin ofisi Fransanın "Le Figaro" qəzetinin onun yanvar etirazları zamanı ali lider Xameneini vəzifəsindən kənarlaşdırmağa cəhd etdiyi barədə xəbərini təkzib edib.

Modern.az xəbər verir ki, Həsən Ruhaninin ofisi bu barədə iddiaları "yalan, uydurma və Amerika və İsrail mənbələri tərəfindən həyata keçirilən psixoloji əməliyyatın bir hissəsi" adlandırıb.

Bu yaxınlarda "Le Figaro" mənbələrə istinadən bildirib ki, İranda yanvar etirazlarının pik həddə çatdığı bir vaxtda Əli Xameneini vəzifəsindən kənarlaşdırmaq cəhdi olub.

Qəzetin məlumatına görə, təşəbbüs 7-8 yanvar gecəsi, etirazlar pik həddini aşmazdan bir gün əvvəl yaranıb və mənbələr plana keçmiş prezident Həsən Ruhani rəhbərlik etdiyini göstərib.

Məlumatlara görə, çevriliş cəhdi Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricaninin dəstəyinin olmaması səbəbindən uğursuz olub.

Həmçinin bildirilib ki, prezident Məsud Pezeşkian cəhdlə bağlı məlumatların dərc olunmasının qarşısını almaq üçün müzakirələrdən kənarlaşdırılıb.

Mənbələrə görə, Xameneini vəzifəsindən kənarlaşdırmaq cəhdi məlum olduqdan sonra eks-prezident Həsən Ruhani və sabiq xarici işlər naziri Cavad Zərif bir neçə gün ev dustaqlığına salınıb və onlarla əlaqəli bir sıra islahatçı məmur həbs edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!