Modern.az

FHN-nin əməkdaşlarından üzgüçülük yarışında yüksək nəticə - FOTO

FHN-nin əməkdaşlarından üzgüçülük yarışında yüksək nəticə - FOTO

Aktual

Bu gün, 16:23

Fevralın 24-də Bakı Su İdman sarayında Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında üzgüçülük yarışı keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, yarışda FHN-in qadın və kişilərdən ibarət komandası əzmkar mübarizə apararaq yüksək nəticələr əldə etməyi bacarıblar.

Belə ki, qadınlar arasında 50 metr məsafəyə üzgüçülük yarışında Bakı Regional Mərkəzinin əməkdaşı baş leytenant Leyla Əliyeva ikinci, Afaq Sultanova isə üçüncü yeri tutublar.

Qadınlar arasında estafet yarışlarında Fövqəladə Hallar Nazirliyinin komandası bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmçinin, qarışıq estafet yarışında da FHN-in komandası qızıl medala layiq görülüb.

Kişilər arasında estafet yarışında isə FHN-in komandası gümüş medal qazanmağı bacarıb.

Fevralın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev yarışda iştirak edən əməkdaşlarla görüşüb, onları qazandıqları nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!