Modern.az

Samuxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə aparılır - FOTOLAR

Samuxda qəhvəyi mərmər bağacığına qarşı mübarizə aparılır - FOTOLAR

Aktual

Bu gün, 17:16

Samux Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdat Hacıyev, İcra Hakimiyyətinin əməkdaşları, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rəisi Ceyhun İbrahimov, icra nümayəndələri, bələdiyyə üzvləri və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.

Modern.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Samux rayonu əhalisi arasında geniş maarifləndirmə işlərinin aparılması və mövcud qışlama ocaqlarının ləğv edilməsidir.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev qeyd edib ki, qəhvəyi mərmər bağacığı kənd təsərrüfatı üçün ciddi təhlükə yaradan invaziv zərərvericidir. Onunla mübarizə kompleks şəkildə – aqrotexniki, mexaniki, kimyəvi və bioloji üsulların birlikdə tətbiqi ilə aparılmalıdır. Fermerlərin maarifləndirilməsi və vaxtında tədbir görülməsi məhsul itkilərinin qarşısının alınmasında əsas rol oynayır.

O, əhali arasında monitorinq və təbliğat işləri barədə ətraflı məlumat verib, hazırda zərərvericinin qışlama mərhələsində olduğunu nəzərə alaraq, onun aşkar olunması və məhv edilməsi istiqamətində görüləcək işləri diqqətə çatdırıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Sərdat Hacıyev, həmçinin Agentliyin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov qəhvəyi mərmər bağacığının yayılma yolları, iqtisadi zərərləri və mübarizə tədbirləri barədə danışıblar. Bildirilib ki, zərərvericinin qışlama dövründə evlərə, yardımçı tikililərə və digər qapalı məkanlara toplanmasının qarşısını almaq üçün vaxtında mexaniki toplama və məhv etmə tədbirlərinin aparılması vacibdir.

Təlimdə təqdimatla çıxış edən Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə ötən dövr ərzində qəhvəyi mərmər bağacığına qarşı mübarizə məqsədilə rayonda görülmüş işlər, zərərvericinin morfo-bioloji əlamət və xüsusiyyətləri, eləcə də onun qışlama dövrünü daha çox hansı yerlərdə keçirdiyi barədə məlumat verib, kəndlərdə monitorinqin aparılması qaydasını izah edib.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!