Modern.az

Erməni nazir: Azərbaycan yanacağı sürətlə satılır

Erməni nazir: Azərbaycan yanacağı sürətlə satılır

Aktual

Bu gün, 18:22

Ermənistanın iqtisadiyyat naziri Azərbaycandan idxal olunan yanacaq ölkə bazarında qısa müddətdə satıldığını və bu, qiymət dəyişikliklərinə təsir göstərdiyini deyib. 

Modern.az-ın məlumatına görə, nazir Gevork Papoyan yanacaq sektorundakı vəziyyətə münasibət bildirərkən deyib ki, Azərbaycan mənşəli benzinin ehtiyatı tükənən kimi digər yanacaq növlərinin qiymətində artım müşahidə olunur.

Onun sözlərinə görə, bazarda sabitliyi təmin etmək üçün daha sərfəli qiymətə yanacaq idxalının həcmini artırmaq vacibdir.

Nazir əlavə edib ki, perspektivdə Ermənistanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi yüz milyonlarla dollara çata bilər.

Xatırladaq ki, bu gün Azərbaycandan Ermənistana 4 500 ton dizel yanacağı göndərilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!