Modern.az

Daha 26 ukraynalı uşaq Bakıya gətirildi - FOTOLAR

Daha 26 ukraynalı uşaq Bakıya gətirildi - FOTOLAR

Aktual

Bu gün, 20:15

Ukraynalı uşaqlardan ibarət daha bir qrup Bakıya gəlib.

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev "X" hesabında paylaşım edib.

Bildirilib ki, 26 ukraynalı uşaq Azərbaycanda peşəkar tibbi-psixoloji dəstək və reabilitasiya proqramından keçəcək.

Qeyd edilib ki, 2022-ci ildən bu günədək ümumilikdə 498 ukraynalı uşaq Azərbaycanda istirahət və bərpa imkanından yararlanıb.

Ukrayna göstərilən həmrəylik və dəstəyə görə Azərbaycana təşəkkür edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Televiziyalarda TƏMİZLƏMƏ ƏMƏLİYYATI - Onların kitabı bağlanır!