Kamçatka sahillərində 6,5 maqnitudalı yeraltı təkan qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialından məlumat verilib.
"Maqnituda: 6,5. Petropavlovsk-Kamçatskidə intensivlik (ilkin qiymətləndirmə): 3 bal", - məlumatda qeyd edilib.
Bildirilib ki, zəlzələ şəhərdən 236 km məsafədə baş verib. Yeraltı təkanların episentri 32,9 km dərinlikdə yerləşib.