Modern.az

Qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük

Qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük

Aktual

Bu gün, 13:34

Türkiyə Milli Müdafiə Nazirliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xalqımıza başsağlığı verib.

Modern.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi sosial mediada belə bir paylaşım edib:

“Otuz dörd il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən soydaşlarımıza Allah rəhmət eləsin. Biz qardaş Azərbaycan xalqının ağrısını səmimi-qəlbdən bölüşürük”.

Paylaşımda “Bir millət, iki dövlət” heşteqi də yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama