Modern.az

Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər - FOTO

Ağsaqqallar Şurasının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər - FOTO

Aktual

Bu gün, 13:40

Fevral ayının 26-da Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Modern.az xəbər verir ki, ziyarətdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, sədrin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkili Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri – professor Aqiyə Naxçıvanlı və akademik Arif Həşimov, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, şəhid ataları – Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov və Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, Yasamal Rayon Ağsaqqallar Şurasının sədri, professor Fuad Məmmədov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahov, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini Hicran Şərifov, həmçinin Bakı şəhəri rayonlarının Ağsaqqallar Şuralarının üzvləri iştirak ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar, Allahdan bütün şəhidlərimizə rəhmət diləyiblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev ziyarət zamanı bildirib ki, 34 il bundan əvvəl dünyanın gözü qarşısında törədilən və beynəlxalq ictimaiyyətin səssiz qaldığı Xocalı soyqırımını, bu bəşəri cinayəti unutmadıq və unutmayacağıq. Lakin bu gün biz kədər hissi ilə yanaşı, qürur hissi də keçiririk. Rəşadətli Ordumuz Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin qisasını alaraq, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı düşməndən azad etdi, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyimizi bərpa etdi. Bu gün Qarabağımızda, azad edilmiş bütün torpaqlarımızda, o cümlədən Xocalıda Azərbaycanın Zəfər salnaməsinin rəmzi olaraq üçrəngli Dövlət Bayrağımız dalğalanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama