Modern.az

AFFA “Kəpəz”in futbolçusunu cəzalandırdı

AFFA “Kəpəz”in futbolçusunu cəzalandırdı

Aktual

Bu gün, 14:40

AFFA İntizam Komitəsi Misli Premyer Liqasında çıxış edən iki klubu cərimələyib.

Modern.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, XXI turun “İmişli” – “Şamaxı” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

“Sabah” – “Kəpəz” matçında isə Gəncə təmsilçisinin futbolçusu Şakir Seyidov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat ziyana düşüb.

Sizə yeni x var
Keçid et
Bakı Putindən bunu tələb edir! - Nazirdən kritik açıqlama