Sankt-Peterburq şəhərində yaşayış binasının 10-cu mərtəbəsindən yıxılan 18 aylıq körpə ətrafdakı şəxslərin cəld reaksiyası sayəsində xilas edilib.
Modern.az xəbər verir ki, hadisə zamanı pəncərəyə çıxan körpənin yıxılmaq üzrə olduğunu görən sakinlər binanın qarşısına toplaşıb. Onlardan biri montunu açaraq körpənin yerə sərt çırpılmasının qarşısını alıb. Körpə xəstəxanaya yerləşdirilib və nəzarət altındadır.
İlkin məlumata görə, hadisə baş verən vaxt ana hamamda olub, evdəki digər uşaq isə kompüterdə oyun oynayırmış. Faktla bağlı araşdırma başlanıb. (HaberGlobal)