“Minlərlə soydaşımız keyfiyyətsiz məhsul almağa davam edir”.
Modern.az xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Ombudsmanın məruzəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, bu günlərdə marketlərdən birində kifli pendirin kif olan hissəsinin kəsilib yenidən satışa qoyulması ilə bağlı görüntülər yayılıb:
“Çox ciddi bir faktdır. Bundan başqa, hansısa toyda, şənlikdə 200 adam zəhərlənir, amma nəticəsi nə olur: heç kəs cəzalandırılmır.
Bir ara “Leş Tofiq” adı ilə tanınan şəxs də ölü ət satırdı, tutuludu, amma 3 gündən sonra azad edirdilər. Ombudsmanla əməkdaşlığı yenidən qurmalıyıq. Bu olduqca təhlükəli faktdır. Azərbaycan vətəndaşlarına qarşı qida terrorunun qarşısı alınmalıdır”, - o sonda bildirib.