Modern.az

Azərbaycanda 450 min iş yeri açıla bilər

Azərbaycanda 450 min iş yeri açıla bilər

Aktual

Bu gün, 15:45

"Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır. Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 iş yerinin açılmasına dəstəkləyə bilər".

Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictiami dinləməsində çıxışı zamanı komitə sədri Musa Quliyev deyib.

Onun sözlərinə görə, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir:

"Etiraf edək ki, hazırda Azərbaycana gələn turistlərin sayı ölkəmizin potensialından çox aşağıdır. Azərbaycanın təbiəti, tarixi, mədəniyyəti, mətbəxi turizm üçün çox cəlbedicidir. İctimai asayiş, təhlükəsizlik yüksək səviyyədədir. Amma qiymət, xidmət, logistik, tanıtım problemləri həll olunmadan güclü turizm ölkəsinə çevrilmək çətindir".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var