Modern.az

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapıldı

Ginnesin Rekordlar Kitabına düşən lənkəranlının dənizdə meyiti tapıldı

Aktual

Bu gün, 17:45

Lənkəranda dənizdə meyit aşkarlanıb. 

Modern.az xəbər verir ki, meyit Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini, Ələkbər Həsənzadəyə məxsusdur. Onun ölümünün səbəbləri araşdırılır.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Ə. Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi olub. Belə ki, oyeddi yaşında olarkən 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış halda əllərini ayaqlarına tərəf  (press) 3 min dəfə çatdıraraq dünya rekordunu təzələyib.

Ələsgər Həsənzadə dünyada "Ginnes"in rekordlar kitabına düşən ilk azyaşlı olub. Balaca idmançı qızıl medalla və Planetin Rekordlarının Qeydiyyatı üzrə Rusiya Komitəsinin diplomu ilə təltif edilib. O, həmçinin, Ginnesin rekordlar kitabında fəxri üzv kimi qeydə alınıb. ("Unikal" )

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İslam dövlətinin NÜVƏ OBYEKTİ VURULDU - Yüzlərlə ölü var