Naxçıvan istiqaməti üzrə planlaşdırılan aviareyslər ştat rejimində həyata keçirilir.
Bu barədə Modern.az-a "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Məlumata əsasən, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür: "Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq".
Əlavə məlumat əldə etmək üçün sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.
Lakin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, bu gün İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reyslərinin fəaliyyəti dayandırılıb.