Modern.az

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar

Aktual

Bu gün, 18:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏSSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı yaradılıb.

Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Zəka Mirzəyevin əmri ilə filialın direktoru vəzifəsinə Namiq Eldar oğlu Həsənov təyin edilib.

Qeyd edək ki, əvvəllər sözügedən qurumun adı Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı olub.

Bundan əvvəl DSMF-də filialların sayı 7-dən 8-ə yüksəlib.

Belə ki, İcbari Sığorta Məsələləri üzrə Mərkəzi Filial yaradılıb və Əlipaşa Rauf oğlu Mirzəyev direktor təyin olunub.

Xatırladaq ki, Əlipaşa Mirzəyev bundan əvvəl Dövlət Sosial Müdafiə Fondu Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamentinin müdiri olub. (Qaynarinfo)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər