Modern.az

"Ford" dəmir səddə çırpıldı

"Ford" dəmir səddə çırpıldı

Aktual

28 Fevral 2026, 23:21

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Hacıqabul rayonu, Nəvai kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi və vətəndaşın avtomobildə sıxılmış vəziyyətdə qalması barədə məlumat daxil olub.

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, məlumat əsasında dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Hacıqabul Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Ford" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dəmir səddə çırpılıb və nəticədə sərnişin avtomobildə deformasiyaya uğramış vəziyyətdə sıxılıb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan vətəndaş Murad Yasəf oğlu Nuriyev xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran darmadağın edilir - Xameneini gizlətdilər