Modern.az

Lazım gələrsə, Hörmüz boğazını bağlayacağıq - Səfir

Lazım gələrsə, Hörmüz boğazını bağlayacağıq - Səfir

Aktual

Bu gün, 11:46

İran lazım gələrsə Hörmüz boğazını bağlayacaq. 
Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu deyib.

“Hörmüz boğazı dünya üzrə əsas energetika- kommunikasiyasıdır. İran tərəfindən boğaz bağlanmayıb. Orada gediş-gəliş İran tərəfindən idarə olunur. Və biz özümüzdə müəyyən qanunlara tabe oluruq. Biz istəyirik ki, qurumlar, neft daşıyan tankerlər qanunlara  tabe olsunlar".

Səfir neft tankerləri üçün yaranacaq təhlükənin ekoloji problemlər yarada biləcəyini deyib.

"Ötən gün həmin marşrutdan istifadə edən neft tankerləri tərəfindən qanuna riayyət olunmamışdı və buna görə tədbir görüldü. Amma hadisələr belə davam etsə və İran özünə təhdid hiss etsə, öz mənafelərini qorumaq üçün lazım gələrsə Hörmüz boğazını bağlayacaq”, - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneinin yerinə gətirilən rəhbər də ÖLDÜRÜLDÜ - Şok açıqlama