İran İslam Respublikasının Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib.
Modern.az-ın məlumatına görə, səfirliyin Bakıda yerləşəm binasında matəm əlaməti olaraq bu addım atılıb.
Bundan başqa səfirliyin binası önünə matəmi əks etdirən əklil yerləşdirlib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin birgə hərbi əməliyyatı çərçivəsində İranın paytaxtı Tehrana güclü zərbələr endirilib. Hücumlar nəticəsində İranın ali lideri Ayətullah Əli Xamenei həlak olub. Onunla yanaşı, bir sıra yüksək rütbəli hərbi və dövlət rəsmiləri də öldürülüb.
İran rəhbərliyi Xameneinin ölümü ilə əlaqədar ölkədə 40 günlük matəm elan edib.
