Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze Yaxın Şərq regionunda baş verən hadisələr fonunda BƏƏ-dən ölkəsinə qayıda bilmir.
Modern.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Gürcüstan” yayıb.
Məlumata görə, K.Kaladze həftəsonu Əbu-Dabi şəhərində olub və vəziyyətin gərginləşməsinə görə Gürcüstana qayıda bilmir.
Tbilisi merinin ailəsi ilə öz doğum gününü qeyd etmək üçün BƏƏ-yə yollandığı bildirilib.
Qeyd edək ki, fevralın 27-si Kaladzenin 48 yaşı tamam olub.