Modern.az

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 39 nəfər saxlanıldı

Aktual

Bu gün, 09:55

Martın 2-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 102 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.    

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
SEPAH-dan ölkəmizə MÜHARİBƏ TƏHDİDİ - Diqqətli olun!