Modern.az

Özünü bank işçisi kimi təqdim edib 13 min manat oğurlayan şəxs saxlanıldı

Özünü bank işçisi kimi təqdim edib 13 min manat oğurlayan şəxs saxlanıldı

Aktual

Bu gün, 15:04

Nəsimi rayonu ərazisində bir nəfər polisə müraciət edərək bank kartındakı maddi vəsaitin talandığını bildirib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, özünü bank əməkdaşı kimi təqdim edən şəxs naməlum nömrədən ona zəng edərək kartına müdaxilə olunduğunu bildirib. Kart məlumatlarını həmin şəxsə göndərən zərərçəkənin bu yolla 13 min manatı ələ keçirilib.

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı A.Zaliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
İsrail İranı BOMBARDMAN EDİR - Yüzlərlə ölü var